İsrail Hizbullahın 70 hədəfinə zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri Livanda Hizbullahın 70 hədəfinə, o cümlədən silah anbarlarına və raket buraxıcılarına zərbə endirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı genişmiqyaslı bir sıra zərbələr endirib. Hücum Hizbullahın silah anbarlarına və müxtəlif yerlərdəki raket buraxıcılarına 70-dən çox zərbəni əhatə edib”, - deyə bildirilib.
Aysel Mətləb