İsrail bu dəfə paytaxta “göz dikdi”
İsrail ordusunda Suriyanın yeni ərazilərinin ələ keçirilməsi ilə bağlı çağırışlar səslənir.
TodayPress TV xəbər verir ki, “Walla” portalının yazdığına görə, yüksək rütbəli israilli hərbçi ehtiyatda olan əsgərlər arasında Dəməşqin ələ keçirilməsi barədə fikirlərin olduğunu bildirib.
“Ehtiyatda olan hərbçilər Dəməşqi ələ keçirmək istəyirlərmi? Onların çoxu – bəli. Bu məsələ iki həftə əvvəl Baş Qərargah rəisinin onlarla görüşü zamanı da gündəmə gətirilib”, – deyə israilli zabit bildirib.
Məlumata görə, İsrail ordusunda Suriyada hərbi fəaliyyətin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir.
Kübra Musayeva