İslandiya "yox" dedi, Aİ-nin şimal planları alt-üst oldu

İslandiya "yox" dedi, Aİ-nin şimal planları alt-üst oldu
30.08.2026 23:58 Dünya

İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumda “xeyr” cavabının üstünlük təşkil etməsi Brüsselin Aİ-nin şimala doğru genişlənməsi ilə bağlı planlarına ciddi zərbə vurub.

TodayPress TV xəbər verir ki, bu barədə “Euractiv” portalı İslandiyada keçirilən referendumun nəticələrini şərh edərkən yazıb.

Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos İslandiyada referendumdan əvvəl fəal media kampaniyası apararaq müsahibələrində Reykyavikə danışıqların bir-iki il ərzində başa çatacağını və ölkənin artıq 2028-ci ildə Aİ-yə üzv olacağını vəd edib.

O, həmçinin İslandiyanın danışıqlara başlamaq qərarının “Aİ-nin yeni üzvləri qəbul etmək mövqeyini gücləndirəcəyini” bildirib.

Portal qeyd edib ki, Aİ-yə üzvlüyü dəstəkləyənlər islandiyalıları bunun avro zonasına qoşulmaq hesabına ölkədə inflyasiyanın rekord aşağı səviyyəyə düşməsinə imkan verəcəyinə inandırmağa çalışıblar. Halbuki Aİ-yə üzvlük avtomatik olaraq avro zonasına qoşulmağı nəzərdə tutmur.

Lakin Aİ-yə qarşı çıxanlar daha çox seçicini İslandiyanın Aİ-yə qoşulmasının ölkənin suverenliyinə xələl gətirəcəyi və balıqçılığa məhdudiyyətlər tətbiq edəcəyi ilə bağlı fikirlərlə inandıra biliblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər