İrəvan Moskvanı indi də buna görə ittiham etdi - Rusiyanın cavabı gecikmədi
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvanın bəzi erməni kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq etməsi ilə bağlı açıqlamalarını təkzib edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistan rəsmilərinin və KİV-lərinin Rusiyanın müəyyən kateqoriyalara aid kənd təsərrüfatı məhsullarının tədarükünə məhdudiyyət qoyması barədə iddiaları həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər Rusiyanın fitosanitar tələbləri ilə bağlıdır. Bu tələblər məhsulların hazırlanmasında istifadə olunan xammala, pestisidlərə və tədarük zəncirinin izlənilə bilməsinə nəzarəti nəzərdə tutur.
Qaluzin həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi daha əvvəl bəzi məhsul növlərinin keyfiyyəti ilə bağlı problemlərin olduğunu özü də etiraf edib.
Kübra Musayeva