İraqda İtaliya hərbi bazasına raket düşdü
İraqın Ərbil şəhərində yerləşən İtaliya hərbi bazası raket zərbəsinə məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozsetto bildirib.
Onun sözlərinə görə, raket bazaya düşsə də, italiyalı hərbçilər arasında ölən və yaralanan yoxdur, bütün şəxsi heyət təhlükəsizdir.
İtaliyanın xarici işlər naziri Antonio Tayani isə qeyd edib ki, Ərbildəki baza bir neçə ölkənin hərbi obyektlərini birləşdirən kompleksin tərkibində yerləşir.
Nazirin sözlərinə görə, hücumun italiyalı hərbçilərə və ya bütövlükdə kompleksə yönəldildiyi hələ dəqiq məlum deyil. Həmçinin raketin İran ərazisindən, yoxsa İraqda fəaliyyət göstərən İranyönlü silahlı qruplaşmalar tərəfindən atıldığı da aydınlaşdırılır.
Qeyd edək ki, Yaxın Şərqdə müxtəlif missiyalar çərçivəsində təxminən 2 min italyan hərbçisi yerləşdirilib. Onlardan təxminən 1 mini Livandakı BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edir.
Qiymət Mahir