İraq hökumətinin qərarları kürd liderini qəzəbləndirdi

İraq hökumətinin qərarları kürd liderini qəzəbləndirdi
27.11.2026 02:57 Dünya

İraq Kürdüstanı regionunun rəhbəri Məsrur Bərzani kürd xalqının konstitusion hüquqlarına qarşı yönələn son qərarları qəbuledilməz adlandırıb.

TodayPress TV xəbər verir ki, o, İraqın hər yerində qanunsuz fəaliyyətlərə son qoyulmasının vacibliyini vurğulayıb. Bərzani bildirib ki, İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının adından qəbul edilən və kürdlərin konstitusion hüquqlarına toxunan qərarlar ölkə konstitusiyasına ziddir.

Bərzani Kürdüstan Regional Hökumətinin İraqda korrupsiyaya və təbii sərvətlərin oğurlanmasına qarşı mübarizəni dəstəklədiyini, bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

O, korrupsiyaya qarşı mübarizənin Kürdüstan regionunun konstitusion statusunu zəiflətmək və kürd xalqının hüquqlarını pozmaq üçün bəhanəyə çevrilməsinin yolverilməz olduğunu bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər