İranın nüvə obyektindəki binalar zədələndi - FOTO

Dünya

03.03.2026 11:22

ABŞ və İsrailin hücumlarından sonra İranın Nətənz şəhərində yerləşən nüvə obyektində bir neçə bina zədələnib.

TodayPress TV  xəbər verir ki, bu barədə "CNN" peyk görüntülərinə istinadən məlumat yayıb. 

Məlumata görə, zərər görən tikililər yeraltı qurğulara giriş üçün istifadə oluna bilərdi. Hadisə ilə bağlı nə İran tərəfi, nə də "International Atomic Energy Agency" (MAQATE) hələlik rəsmi açıqlama verib.

MAQATE-nin baş direktoru Rafael Grossi isə bildirib ki, Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla digər nüvə obyektlərində ziyan qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra bölgədə gərginlik artıb. Tehran İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ bazalarına cavab zərbələri endirib.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Nüvə ,Nətənz,ABŞ,Todaypress.tv,