İranda 20-dən çox ali təhsil müəssisəsi zərər gördü
Dünya
30.03.2026 17:26
ABŞ və İsrailin fevralın 28-də başladığı hərbi əməliyyatlar nəticəsində yaranan gərginlik ölkənin təhsil infrastrukturuna ciddi ziyan vurub.
TodayPress TV xəbər verir ki, bu barədə İranın "SNN" telekanalı məlumat yayıb.
Bildirilir ki, Tehran da daxil olmaqla, İranın bir çox böyük şəhərlərinin zərbələrə məruz qalması nəticəsində indiyədək 20-dən çox ali təhsil müəssisəsi müxtəlif dərəcəli dağıntılarla üzləşib.
Hadisələrə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı əməliyyat elan edərək İsrail ərazisinə zərbələr endirib.
Eyni zamanda, regionun müxtəlif ölkələrində yerləşən ABŞ hərbi obyektlərinin də hədəf alındığı bildirilir. Hazırda bölgədə hərbi və siyasi gərginlik yüksək həddə qalmaqdadır.
Türkan İsgəndərli
tag: ABŞ,İsrail,Məktəb,Ziyan,Todaypress.tv,
