İrana qarşı sanksiyalar bitmir - Bu dəfə hədəf...

İrana qarşı sanksiyalar bitmir - Bu dəfə hədəf...
08.09.2026 20:33 Dünya

ABŞ İran üzrə sanksiya siyahısına 35 hüquqi şəxsi və bir Misir vətəndaşını daxil edib.

TodayPress TV xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Məlumatlardan görünür ki, məhdudiyyətlər 35 aviaşirkətə və aviasiya daşımaları sahəsində fəaliyyət göstərən digər firmalara qarşı tətbiq edilib. Söhbət İran, BƏƏ, Böyük Britaniya, Malayziya, Türkiyə və Qazaxıstanda yerləşən şirkətlərdən gedir.

ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda sanksiyaların İran silahlı qüvvələrinin maraqları naminə "silah, hərbçi və qanunsuz yüklərin daşınmasına" şərait yaradan İranın aviasiya sahəsinə təzyiq göstərmək məqsədilə tətbiq edildiyi bildirilir.

Nazirlik, həmçinin sanksiya siyahısına düşən fiziki və hüquqi şəxslərin iştirakı ilə maliyyə əməliyyatlarının yekunlaşdırılması üçün zəruri olan tranzaksiyaların sentyabrın 23-dək həyata keçirilməsinə icazə verən baş lisenziya dərc edib.

Bununla yanaşı, ABŞ hakimiyyəti Amerika istehsalı olan təyyarələrin İran ərazisində müvəqqəti qalmasına, eləcə də İslam Respublikasına təmir üçün ehtiyat hissələrinin və texnologiyaların idxalına icazə verən lisenziyanın qüvvəsini ləğv edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər