İrana 6 günlük hücumların xərci 11,3 milyardı keçib
Dünya
12.03.2026 10:27
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk altı günündə xərclər 11,3 milyard dollardan çox olub.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Konqres üzvləri üçün keçirilən brifinqdə 28 fevralda başlayan hücumların ilk altı gününün maliyyətinin 11,3 milyard dolları keçdiyini açıqlayıblar.
Məlumata görə, bu rəqəm Konqres üzvlərinə təqdim olunan ən geniş maliyyət qiymətləndirməsi hesab olunur.
Qəzet qeyd edir ki, hesablamalara hücumlardan əvvəl regiona yerləşdirilən əlavə hərbi qüvvələrin, personalın və texnikanın daşınması xərcləri daxil edilməyib. Bu səbəbdən əməliyyatın ümumi dəyərinin gələcəkdə daha da artacağı istisna edilmir.
Qiymət Mahir
tag: ABŞ,İran,Konqres ,Xərc,TodayPress TV,
