İran Zelenskinin Körfəz səfərini tənqid etdi

Dünya

30.03.2026 15:10

"Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqə səfəri zamanı region ölkələrini hərbi razılaşmalar vasitəsilə “soymağa” çalışır".

TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Bəqayi deyib.

Diplomat qeyd edib ki, Zelenskinin səfər etdiyi ölkələr kifayət qədər müdrikdir və öz ölkəsini dörd il ərzində dağıdıcı müharibəyə məruz qoymuş bir şəxsin planlarına uymayacaqlar.

Bəqayi əlavə edib ki, Ukraynadakı münaqişəni “sionist rejim və ABŞ-nin İrana qarşı hücumu ilə əlaqələndirmək fəlakətli bir səhvdir” və region ölkələrinin belə tələyə düşməyəcəyinə əmindir.

Xatırladaq ki, martın sonlarında Zelenski Körfəz ölkələrinə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniyaya səfər edib. Səfər zamanı Səudiyyə Ərəbistanı və Qətərlə müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Zelenski,Körfəz,İran,Todaypress.tv,