İran XİN: ABŞ və İsraillə danışıqlar mənasızdır

İran XİN: ABŞ və İsraillə danışıqlar mənasızdır
22.06.2025 23:15 Dünya

İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra Vaşinqton və Tel-Əvivlə danışıqlar imkanını istisna edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Almaniyanın "ARD" telekanalına açıqlama verib.

“Danışıqları davam etdirmək tamamilə mənasızdır”, - deyə Təxt Rəvançi bildirib.

O əlavə edib ki, İran sadəcə danışıqlar üçün danışıqlar aparmaq istəmir və İran ordusu hansı addımı atmalı olduğunu dəqiq bilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-nə keçən gecə İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə uğurlu hücum həyata keçirdiklərini açıqlayıb və Tehranı münaqişəyə son qoymağa çağırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər