İran prezidenti dövlət televiziyasını tənqid etdi: “Gərginliyi təbliğ edirlər”

İran prezidenti dövlət televiziyasını tənqid etdi: “Gərginliyi təbliğ edirlər”
30.08.2026 16:03 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkədə SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlı dövlət televiziya kanallarının fəaliyyətini tənqid edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Pezeşkian bildirib ki, son günlər həmin kanallara baxmır. Onun sözlərinə görə, bu televiziya kanalları ölkədə birlik yaratmaq əvəzinə, ayrı-seçkilik, qütbləşmə və gərginliyi təbliğ edir.

“Bu günlərdə mən belə onların televiziyasına baxmıram. Onlar ölkədə vəhdət yarada bilmirlər. Onların televiziyaları ayrımçılığı, qütbləşməni, gərginliyi təbliğ edir”, - deyə İran prezidenti vurğulayıb.

Bunun fonunda İranın keçmiş daxili işlər naziri Əhməd Vahidi dövlət televiziyasına mövqeyinə və “milli yanaşmasına” görə təşəkkür edib.

Qeyd edək ki, İran dövlət televiziyasında Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibafa qarşı silsilə tənqidi verilişlər yayımlanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər