İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama

İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama
03.08.2026 16:08 Dünya

Bu cür iddiaları irəli sürənlər reallığı qəsdən təhrif etməyə çalışırlar. Beş ay əvvəl ABŞ-nin hərbi təcavüzünə məruz qaldıq. Biz yeni bir cəbhə açdıqmı?

TodayPress TV  "Axar.az"a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın Yəmənlə münasibətləri barədə danışarkən deyib.

“Yəmən məsələsini İrana qarşı müharibə ilə əlaqələndirmək məsuliyyətdən yayınmaq cəhdidir. ABŞ və sionist rejim ilk günlərdən etibarən region ölkələrinin ərazilərindən istifadə edirdi. Biz yeni bir cəbhə açdıqmı?

Yəmən məsələsi Yəmənin özünə aiddir. Biz uzun müddətdir bildiririk ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir. Hər bir məsələni İrana qarşı müharibə ilə əlaqələndirmək məsuliyyətdən yayınmağın bir yoludur”, - o bildirib.

Qeyd edək ki, Yəmənin bir hissəsini ələ keçirmiş Ənsarullah (Husilər) hərbi-siyasi qruplaşması İran tərəfindən dəstəklənir. 

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər