İran Hindistan bayraqlı tankerləri Hörmüzdən buraxdı

Dünya

12.03.2026 10:42

İran Hindistan bayrağı altında üzən neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib.

TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın "NDTV" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu qərar Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlardan sonra qəbul edilib.

Məlumata görə, görüşdən sonra ən azı iki Hindistan tankeri — “Pushpak” və “Parimal” Hörmüz boğazından təhlükəsiz şəkildə keçə bilib. Bu isə ABŞ, Avropa və İsraillə əlaqəli gəmilərin hələ də məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda baş verib.

Telekanalın məlumatına görə, iki gün əvvəl Səudiyyə Ərəbistanından xam neft daşıyan, Liberiya bayrağı altında üzən və kapitanı hindistanlı olan tanker də boğazdan keçərək Mumbay limanına çatıb.

Bu, ABŞ, İsrail və İran arasında münaqişənin başlamasından sonra gəmi hərəkətinin demək olar ki dayandığı Hörmüz boğazından Hindistana doğru təhlükəsiz keçən ilk gəmi hesab olunur.

Qiymət Mahir

tag: İran ,Hindistan,Hörmüz,Cayşankar ,TodayPress TV,