İran “dünyanın heç vaxt görmədiyi” silahlar hazırlayır
İran “dünyanın heç vaxt görmədiyi” yeni silahlar hazırladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Mohebbinin sözlərinə görə, ölkə müharibə zamanı yeni strateji silahlar hazırlayıb və onların bir qismi hələ döyüş meydanında yerləşdirilməyib.
O bildirib ki, bu silahlar yeni imkanlara malikdir və lazım gəldikdə istifadəyə veriləcək.
Sözçü yeni silahların müharibənin coğrafiyasını dəyişdirəcəyini və dünyanı təəccübləndirəcəyini deyib.
Bu açıqlama İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını nəzərdə tutan təcili qanun layihəsinin gündəmə gətirilməsi fonunda səslənib. Qanunvericilər həmçinin mümkün qədər tez nüvə silahlarının sınaqdan keçirilməsini tələb edirlər.
Jalə Rövşən