İran döyüş taktikasını dəyişdi

Dünya

11.03.2026 17:04

İran İsrail və ABŞ-yə qarşı əməliyyatlarında taktikasını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusundan (İİKK) bildirilib ki, bundan sonra “cavab zərbələri” əvəzinə “zərbə ardınca zərbə” strategiyası tətbiq olunacaq.

Xatırladaq ki, fevralda İran Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində ABŞ-nin hərbi obyektlərinə zərbələr endirib. Martın 11-nə keçən gecə isə Bəhreynin Mina Salman limanında 5-ci Donanmanın qərargahına hücum həyata keçirilib.

Bütün bu hərəkətlər ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra, fevralın 28-də Yaxın Şərqdə başlayan gərgin münaqişənin tərkib hissəsi kimi qiymətləndirilir. Tehran həmçinin BƏƏ və Qətər də daxil olmaqla İsrail və Fars körfəzindəki ABŞ bazalarına zərbələr endirməyə başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,İsrail,ABŞ,Taktika,Todaypress.tv,