İran ABŞ-nin İraqdakı bazasına hücum etdi

Dünya

03.03.2026 11:03

İranın pilotsuz uçuş aparatları İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasına hücum edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı  məlumat

yayıb.

Kanalın açıqlamasında bildirilir: “Ərbildəki ABŞ hərbi bazasına növbəti pilotsuz uçuş aparatı hücumu həyata keçirilib.”

Martın 2-də  İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə yeni hücumlar təşkil etdiyi bildirilib. Doha, Küveyt, Dubay, Bəhreyn və Əbu-Dabidə yerləşən bazaların hədəf alındığı qeyd olunur.

Xatırladaq ki, Fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin endirdiyi zərbələri Tehranın nüvə proqramından imtina etmək istəməməsi ilə əlaqələndirib və bunu “tükənmiş səbr”lə əsaslandırıb.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,İraq,Hərbi baza ,ABŞ ,Todaypress.tv,