İran ABŞ-ın F-16 qırıcısını geri çəkilməyə məcbur etdi - VİDEO
SEPAH ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin Henqam adası yaxınlığında xəbərdarlıq atəşindən sonra geri çəkildiyini bildirib.
TodayPress TV "Clash Report"a istinadən xəbər verir ki, İİKK-nın iddiasına görə, ABŞ qırıcısı İran hava məkanına yaxınlaşarkən İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən xəbərdarlıq atəşinə tutulub.
Bundan sonra təyyarə istiqamətini dəyişərək ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Jalə Rövşən