Husilər Məkkəni vurmaq istəyib ? - VİDEO

Husilər Məkkəni vurmaq istəyib ? - VİDEO
16.09.2026 10:45 Dünya

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Məkkə istiqamətində uçan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Yəməndə Qanuniliyin Bərpası üzrə Koalisiyanın mətbuat katibi Türki Əl-Maliki “X” platformasında məlumat yayıb.

Əl-Malikinin sözlərinə görə, PUA Məkkənin cənub istiqamətində vurulub. O, hadisəni Məkkəyə qarşı “düşmən və terror aktı” kimi qiymətləndirib və bunun 2017-ci il iyulun 27-də ballistik raketlə həyata keçirilən hücumdan sonra müqəddəs şəhərə zərbə endirməyə yönəlmiş ikinci cəhd olduğunu bildirib.

Bununla belə, “Reuters” agentliyinə danışan və adları açıqlanmayan husi rəsmiləri Məkkəyə hücum edilməsi ilə bağlı iddiaları təkzib ediblər.

Hələlik PUA-nın hansı istiqamətdən buraxıldığı və konkret olaraq Məkkəni hədəfə alıb-almadığı ilə bağlı müstəqil təsdiqlənmiş məlumat yoxdur. 


XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər