Hindistan və Rusiya Yaxın Şərqi müzakirə etdi
Dünya
11.03.2026 17:42
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Qeyd edək ki, ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Tehran Fars körfəzindən neft ixracının əsas çıxış yolu olan Hörmüz boğazından gəmilərin keçidini məhdudlaşdırmaqla hədələyib. İranın bu dəhlizdən keçməyə çalışan tankerlərə müntəzəm hücumları ABŞ, Avropa və Asiya bazarlarına enerji idxalını çətinləşdirir.
"The Times of India" qəzetinin məlumatına görə, Hindistan hökuməti Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, emal olunmuş neft məhsullarının ixracını məhdudlaşdırmamaq qərarına gəlib.
Jalə Rövşən
tag: Hindistan ,Rusiya ,Sergey Lavrov ,Yaxın Şərq,Todaypress.tv,
