Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq

Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq
18.06.2026 18:08 Dünya

“Güclü Ermənistan” blokunun son seçkilərdə baş nazirliyə namizədi Narek Karapetyan bir gün ölkəyə rəhbərlik edəcək”.

TodayPress TV xəbər verir ki, bunu blokun lideri, rusiyalı oliqarx Samvel Karapetyan deyib.

“Düşünürəm ki, bu, həyatının bir günündə baş verəcək, amma bu mərhələdə, əlbəttə, bilmirəm. Bu, tezliklə qələbə qazanıb-qazanmayacağımızdan asılıdır”, - o, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.

Jalə Rövşən 


XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər