HƏMAS daha iki israilli məhbusun cəsədini təhvil verdi

HƏMAS daha iki israilli məhbusun cəsədini təhvil verdi
22.10.2025 05:00 Dünya

Qəzza zolağında fəaliyyət göstərən HƏMAS hərəkatı daha iki israilli məhbusun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat Xidməti yayıb.

Bildirilib ki, meyitlər Qəzzada İsrail hərbçilərinə təqdim ediləcək.

Xatırladaq ki, HƏMAS bundan öncə 14 israilli məhbusun cəsədini İsrailə qaytarmışdı. Rəsmi məlumata görə, hazırda Qəzzada 13 israillinin cəsədi qalmaqdadır.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər