HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verdi

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verdi
21.10.2025 04:33 Dünya

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə daha bir israilli girovun meyitini təhvil verib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həlak olan şəxsin kimliyi şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra açıqlanacaq.

Oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən bəri HƏMAS-ın İsrailə təhvil verdiyi 13-cü cəsəddir.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər