Hava limanlarına hücumda ölənlərin sayı… - Səudiyyə AÇIQLADI
Səudiyyə Ərəbistanı hava limanlarına hücumlarda ölən və yaralananların sayını açıqlayıb.
TodayPress TV xəbər verir ki, oktyabrın 6-7-də Əbha və Ər-Riyaddakı hava limanlarına edilən hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.
Əbha Beynəlxalq Hava Limanına hücum zamanı 2 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində isə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Kübra Musayeva