Harvi Vaynşteyn həbsxanadakı həyatını “cəhənnəm” adlandırdı

Dünya

12.03.2026 19:00

Hollivud prodüseri Harvi Vaynşteyn həbsdə olduğu Nyu-Yorkdakı Raykers adası həbsxanasındakı həyatını “cəhənnəm” kimi təsvir edib.

TodayPress TV xəbər verir ki, bu barədə "News Nation" nəşri məlumat yayıb.

Vaynşteyn bildirib ki, həbsxanada demək olar ki, heç kimlə ünsiyyət qurmur və yalnız mühafizəçilər və tibb bacıları ilə danışır

“Mənim blokumda heç bir ünsiyyət yoxdur. Bu, Raykers adasıdır və bura cəhənnəmdir”, – deyə o bildirib.

Prodüser qeyd edib ki, burada həyat şəraiti əvvəllər saxlanıldığı Vende və Moxok dövlət həbsxanalarındakı vəziyyətdən xeyli pisdir. Onun sözlərinə görə, əvvəlki həbsxanalarda digər məhbuslarla görüşür, söhbət edir və birlikdə televiziya izləyirdilər.

Vaynşteyn əlavə edib ki, onu yenidən ştat həbsxanasına köçürmələrini “yalvararaq” xahiş edib, lakin prokurorluq buna icazə verməyib.

Xatırladaq ki, prodüser ətrafında qalmaqal 2017-ci ildə “The New York Times” qəzetinin çoxsaylı qadınların cinsi təcavüz və təqib iddiaları ilə bağlı araşdırma dərc etməsindən sonra başlayıb.

Qiymət Mahir

tag: Hollivud ,Vaynşteyn ,Raykers ,Nyu-York,TodayPress TV,