Gürcüstan-Rusiya sərhədində sığınacaq axtaranlar üçün mərkəz tikiləcək

Gürcüstan-Rusiya sərhədində sığınacaq axtaranlar üçün mərkəz tikiləcək
29.07.2025 16:42 Dünya

Gürcüstanın Sərhəd Polisi Rusiyayla sərhəddə yerləşən "Dariali" sərhəd-keçid məntəqəsində sığınacaq axtaran şəxslər üçün mərkəz tikintisinə icazə alıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Yeni qanunvericilik dəyişikliyinə əsasən, 1 oktyabr 2025-ci ildən etibarən Gürcüstan hökuməti sığınacaq müraciətlərini birbaşa sərhəddəcə, ölkəyə girişə icazə verilmədən araşdırmaq hüququ əldə edəcək.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bu mərkəzin tikintisini son zamanlar etibarsız və ya uyğunsuz sənədlərlə sərhədi keçməyə çalışan şəxslərin sayının artması ilə əsaslandırıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər