Günəşdə gözlənilməz dəyişiklik: Aktivlik 3 dəfə azalıb

Günəşdə gözlənilməz dəyişiklik: Aktivlik 3 dəfə azalıb
10.09.2026 16:26 Dünya

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun alimləri Günəş aktivliyində ciddi azalma qeydə alıblar.

TodayPress TV xəbər verir ki, alimlərin məlumatına görə, son iki ildə Günəşin aktivliyi təxminən 3 dəfə azalıb.

2024-cü ilin avqustunda 216 vahid olan göstərici 2026-cı ilin avqustunda 76 vahidə düşüb.

Günəş aktivliyi əsasən günəş ləkələrinin sayına görə hesablanır. Bu göstəricilər 1749-cu ildən bəri istifadə olunur və müxtəlif dövrlərdə Günəşin aktivliyini müqayisə etməyə imkan verir.

Məlumata görə, Günəş aktivliyinin ən yüksək göstəriciləri əsasən XX əsrin ortalarında qeydə alınıb. Ən aşağı səviyyələrdən biri isə 1800–1825-ci illər arasında müşahidə olunub.

Bununla yanaşı, sentyabrın 8-də Yer kürəsində ilk payız maqnit fırtınası başlayıb. Bir neçə gün əvvəl Günəşdən ayrılan plazma buludu Yerə çataraq təxminən 24 saat davam edən geomaqnit pozuntusuna səbəb olub.

Sentyabrın 9-da maqnit fırtınasının səviyyəsi də həddi keçib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər