Gümrü meri iki ay müddətinə həbs olundu
Antikorrupsiya məhkəməsi Gümrü meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.
TodayPress TV xəbər verir ki, bu barədə merin vəkili Zarui Postancyan jurnalistlərə məlumat verib.
Qərarı hakim Vardqes Sarkisyan qəbul edib. O, həmçinin Qukasyanın ailə üzvləri istisna olmaqla, digər şəxslərlə görüşünü qadağan edib.
Qiymət Mahir