Gübrə qıtlığı ABŞ-də qiymətləri kəskin QALDIRA BİLƏR

Gübrə qıtlığı ABŞ-də qiymətləri kəskin QALDIRA BİLƏR
29.08.2026 22:39 Dünya

ABŞ gübrə çatışmazlığı ilə üzləşəcəyi təqdirdə ərzaq böhranı ilə qarşılaşa bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin “Hartland İnstitutu” analitik mərkəzinin müşaviri Cef Stayr “The Wall Street Journal”da dərc olunan köşə yazısında bildirib.

“Çin, Rusiya və İran dünya gübrə bazarına nəzarət edir. Bu, ərzaq qiymətlərinin həddindən artıq bahalaşmasına səbəb ola bilər”, - deyə o qeyd edib. 

Stayr vurğulayıb ki, Ukrayna münaqişəsi, Çinin gübrə ixracını azaltması və Hörmüz boğazında gəmiçiliyin pozulması gübrə qiymətlərinin qeyri-sabitləşməsinə səbəb olur.

Ekspert hesab edir ki, ABŞ administrasiyası ölkə daxilində gübrə tədarük zəncirini gücləndirməli, həmçinin daxili neft və qaz hasilatını artırmalıdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər