Giresunda silahlı qarşıdurma: 3 ölü, 1 yaralı

Giresunda silahlı qarşıdurma: 3 ölü, 1 yaralı
29.07.2025 16:50 Dünya

Türkiyənin Giresun şəhərində qonşu iki ailə arasında baş verən mübahisə qısa müddətdə silahlı qarşıdurmaya çevrilib. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

75 yaşlı Haşim Gençalioğlu mübahisə zamanı odlu silahla qonşuları Mustafa Kırömeroğlu və onun həyat yoldaşı ilə oğluna atəş açıb. Cavab olaraq, S. Kırömeroğlu da Gençalioğluna silahla atəş açıb. 

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başladılıb, həyatını itirənlərin cəsədləri müayinə üçün xəstəxananın morquna aparılıb. 

Polis baş verə biləcək gərginliklərin qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər