Fransa XİN: Paris Yaxın Şərq ölkələrinin müdafiəsində iştirak etməyə hazırdır

Fransa XİN: Paris Yaxın Şərq ölkələrinin müdafiəsində iştirak etməyə hazırdır
02.03.2026 13:45 Dünya

Fransa İranın zərbələrindən zərər çəkmiş Yaxın Şərq ölkələrinin müdafiəsində iştirak etməyə hazırdır.

TosdayPress TV “TASS”a istinadən  xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro mətbuat konfransında bildirib.

"Fransa İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) raket zərbələri və pilotsuz təyyarə hücumlarının hədəfinə çevrilən və müharibəyə cəlb edilən dost ölkələrə tam dəstəyini və həmrəyliyini bildirir", - deyə o bildirib.

Barrotun sözlərinə görə, Fransa beynəlxalq müqavilələrə və kollektiv özünümüdafiə prinsiplərinə uyğun olaraq BƏƏ, Oman və Səudiyyə Ərəbistanına dəstək verəcək.

TosdayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər