Ərdoğan buna görə ABŞ-yə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
Onun sözlərinə görə, Ərdoğanın ABŞ səfəri sentyabrın 20-dən 23-dək davam edəcək. Türkiyə lideri sentyabrın 22-də BMT Baş Assambleyasının ümumi debatlarının ilk günündə çıxış edəcək.
Səfər çərçivəsində Ərdoğanın müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Bundan başqa, Türkiyə Prezidenti ABŞ-də yaşayan Türkiyə vətəndaşları, türk-amerikan biznes dairələrinin nümayəndələri və müxtəlif beyin mərkəzlərinin təmsilçiləri ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Kübra Musayeva