Fransa müdafiə sənayesinə “qoşun” yığır - 100 min işçi lazım olacaq
Fransa hakimiyyəti müdafiə sənayesi müəssisələrinin 2030-cu ilədək 100 min nəfəri işə götürə biləcəyini gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumatına əsasən, Fransanın əmək naziri Jan-Pyer Farandu əmək birjası funksiyasını yerinə yetirən "France Travail" təşkilatının dəstəyi ilə məşğulluğun təmin edilməsinə dair müvafiq planı təsdiqləyib. Nəşr dəqiqləşdirir ki, bu təşkilatda istefada olan generalın rəhbərliyi ilə işçi qrup yaradılıb.
Hakimiyyət müdafiə sektorunun ehtiyaclarına yönəlmiş 15 min təlim proqramı hazırlayır. Qəzet xatırladır ki, hələ avqustun əvvəlində əmək naziri gənclərin əmək bazarına inteqrasiyasını və təcrübəli işçilərin ixtisaslarını bazarın tələbatına uyğunlaşdırmaqla yerlərini qoruyub saxlamasını, xüsusən "atom energetikası, ekoloji keçid sahəsi və müdafiə sənayesində" prioritet vəzifələr adlandırıb.
Aysel Mətləb