Filippində güclü zəlzələ baş verdi

Filippində güclü zəlzələ baş verdi
06.08.2026 08:47 Dünya

Filippinin cənubunda yerləşən Davao Oksidental əyaləti sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələ yerli vaxtla saat 05:41-də 10 kilometr dərinlikdə baş verib.

Episentr Balut adasının sahilindən 99 kilometr cənub-qərbdə yerləşib.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Filippin Sakit okeanı əhatə edən yüksək seysmik və vulkanik aktivlik zonası olan "Sakit okean Odlu Halqası" üzərində yerləşdiyi üçün ölkədə tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilər müşahidə olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər