Filippin Rusiyanı Çinə qarşı ittifaqa çağırdı

Filippin Rusiyanı Çinə qarşı ittifaqa çağırdı
13.10.2025 10:56 Dünya

Filippin Cənubi Çin dənizində gərginliyin artmasından sonra Rusiyanı Çinə qarşı ittifaqa cəlb etməyə çalışıb.

TodayPress TV “Sohu” nəşrinə istinadən xəbər verir ki, məlumata görə, Filippin ABŞ-dən dəstək alıb və Vaşinqton bölgəyə sualtı qayıqlar yerləşdirib.

Bunun ardınca, Manila Moskva ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Lakin Çin bu addımı Pekin və Moskva arasında gərginlik yaratmaq cəhdi kimi qiymətləndirib.

Sohu yazır ki, Çin Cənubi Çin dənizində hərbi mövcudluğunu gücləndirir, ABŞ isə Filippinə dəstək üçün “Tomaqavk” raketləri daşıyan sualtı qayıqlar göndərib. Filippin tərəfi Rusiyanın bu məsələyə reaksiya vermədiyini açıqlayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər