Polşada siyasi böhran böyüyür - Daha bir səfir istefa verdi
Polşanın Rumıniyadakı səfiri Pavel Solox ölkəsindəki siyasi böhran fonunda istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
“Konstitusiya Məhkəməsinin qanunsuz yolla ələ keçirilməsi cəhdi kontekstində Polşa Respublikasının Rumıniyadakı səfiri kimi fəaliyyətimi davam etdirmək imkanını görmürəm”, – deyə o bildirib.
Solox əlavə edib ki, qərarı barədə Polşa Prezidenti Karol Navrotskiyə və xarici işlər naziri Radoslav Sikorskiyə məlumat verib.
Bundan əvvəl də eyni səbəbdən Polşanın Çindəki səfiri Yakub Kumox istefa verib.
Qeyd edək ki, Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz kabinetinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra başlayıb. Son həftələrdə məhkəmə binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib.
Aysel Mətləb