İrandan ABŞ-yə "YOX" cavabı: Birbaşa görüş olmayacaq!
İran ABŞ nümayəndələri ilə birbaşa görüşlər keçirməyi planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Hazırda bizim ABŞ rəsmiləri ilə görüş keçirmək planımız yoxdur və bu məsələ ilə bağlı yayılan məlumatlar sadəcə KİV-lərin ehtimallarından ibarətdir. Hazırda amerikalılarla görüşə ehtiyac görmürük, şərtlərimiz aydındır və vasitəçilər bu məsələlərlə bağlı məsləhətləşmələri davam etdirirlər”, – deyə Əraqçi əlavə edib.
ABŞ tərəfinin dialoq və qarşılıqlı anlaşma imkanlarını genişləndirmək cəhdinin müsbət addım olduğunu qeyd edən İran xarici işlər naziri ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mesajının Tehran tərəfindən öyrənilməsini də şərh edib.
Aysel Mətləb