Əvvəl İran, sonra Kuba! - Tramp ABŞ-nin yeni hədəflərini açıqladı

Əvvəl İran, sonra Kuba! - Tramp ABŞ-nin yeni hədəflərini açıqladı
31.10.2026 19:17 Dünya

Kubada hakimiyyət dəyişikliyi qarşıdakı 2,5 il ərzində baş verəcək və Venesuela ssenarisi mümkün ola bilər.

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikalı mühafizəkar jurnalist Benni Consonun hazırkı Kuba liderlərinin nə qədər müddət hakimiyyətdə qalacağı sualına cavab olaraq bildirib.

“Deyərdim ki, bu, uzun çəkməyəcək. Baxın, bu, iflasa uğramış ölkədir. Biz oranı tərk etmiş insanları çox yaxında geri qaytaracağıq. Venesuelada nə etdiyimizə baxın, orada hər şey çox yaxşı nəticələnəcək. Əvvəlcə orada işi sona çatdıracağıq, sonra isə bəlkə də başqa bir məsələ ilə məşğul olacağıq. Lakin Venesuelada hər şey möhtəşəm keçdi. Hazırda isə nüvə silahından məhrum etmək üçün İran adlı ölkə ilə məşğuluq”, – deyə ABŞ lideri cavab verib.

O vurğulayıb ki, ABŞ Kubanı çox diqqətlə izləyir və dövlət katibi Marko Rubio bu məsələ ilə ciddi məşğul olur.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər