Ərdoğan Zelenski ilə görüşdü: Nələr müzakirə olundu?

Ərdoğan Zelenski ilə görüşdü: Nələr müzakirə olundu?
31.10.2026 20:25 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün bütün səyləri göstərməyə hazır olduqlarını bildirib.

TodayPress TV xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda, Dolmabahçe Prezident Administrasiyasının ofisində keçirilən görüşdən sonra birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, Ukraynada sülhün təmin olunmasına yönəlmiş son dövrlərdə artan səyləri və Qara dənizdəki təhlükəsizlik vəziyyətini ətraflı müzakirə ediblər.

Ərdoğan ABŞ Prezidenti Donald Trampın da səyləri ilə müharibənin diplomatik yollarla başa çatdırılmasına yönələn təşəbbüslərin yenidən sürətlənməsindən məmnunluq duyduqlarını qeyd edib.

“Ukrayna və Rusiya arasında ev sahibliyi etdiyimiz danışıqlar diplomatiya yolu ilə konkret nəticələrin əldə oluna biləcəyini göstərmişdi. Bu gün də hesab edirik ki, ədalətli sülhün məğlubu olmaz. Sülhə aparan yolu açmaq üçün əlimizdən gələn bütün səyləri göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm”, - deyə Türkiyə Prezidenti bildirib.

O, mülki gəmilərə qarşı hücumların və Qara dənizdə gərginliyi artıracaq addımların heç kimə fayda verməyəcəyini vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər