Avropa liderləri Putinə Ukraynanın xahişi ilə zəng edibmiş - Stubb etiraf etdi
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Styore Ukraynanın xahişi ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
İddiaya görə, Ukrayna Moskva ilə əlaqə kanalının açılmasında maraqlıdır.
“Bu, Ukraynanın xahişi ilə əlaqə kanalının açılması idi”, – deyə Stubb vurğulayıb.
Finlandiya Prezidenti qeyd edib ki, digər Avropa ölkələri də danışığın məzmunundan xəbərdar olublar:
“Bu, Aİ-nin Ukraynadakı müharibə və ya, məsələn, Baltik dənizindəki vəziyyətlə bağlı Rusiyadan birbaşa mesaj aldığı ilk hal idi”.
Stubb ayrıca vurğulayıb ki, onun ölkəsi vasitəçi rolunda çıxış etmir və Ukraynaya dəstəyini davam etdirəcək.
Xatırladaq ki, Stubb və Styorenin Putinlə telefon danışığı oktyabrın 27-də Finlandiya və Norveç tərəflərinin xahişi ilə baş tutub. Söhbət zamanı Ukrayna böhranının nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmsöhbətlər noyabrın birinci yarısında Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bərpası barədə razılaşmanı alqışlayıblar.
Aysel Mətləb