Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç heçə etdi

Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə heç heçə etdi
31.10.2026 19:33 İdman

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib.

TodayPress TV xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan "Qəbələ" isə 10-cudur.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" matçı isə heç-heçə başa çatıb - 2:2.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər