Tramp Qrenlandiyanı ABŞ bazası etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Qrenlandiyanın ABŞ Hərbi Hava Qüvvələrinin hərbi bazası formasında təsvir olunduğu görüntü paylaşıb.
TodayPress TV-nin “Gazeta.Ru”ya istinadən verdiyi məlumata görə, paylaşım Amerika liderinin səhifəsində “Qrenlandiyaya xoş gəlmisiniz” başlığı ilə yayımlanıb.
Şəkildə Şimal yarımkürəsinin bir hissəsinin üçölçülü modeli əks olunub. Qrenlandiyanın əvəzinə təyyarələr, uçuş-enmə zolaqları və anqarların yerləşdiyi ABŞ aviabazası göstərilib. Yaxınlıqda ABŞ bayrağı yerləşdirilib.
Gültac Mehdi̇zadə
