Dövlət Bağçalı Azərbaycana gəlir? - Dəvət göndərildi

Dövlət Bağçalı Azərbaycana gəlir? - Dəvət göndərildi
31.10.2026 20:10 Dünya

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə MHP sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı Modern.az-a eksklüziv açıqlamasında məlumat verib.

O, qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.

Söhbət zamanı Özdaşlı Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər