Parisdə etirazlar yenidən alovlandı, minlərlə insan küçələrə axışdı

Parisdə etirazlar yenidən alovlandı, minlərlə insan küçələrə axışdı
31.10.2026 18:41 Dünya

Parisin şərq kənarında, Port-de-Banole yaxınlığında əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yanacağın qiymətinin artmasına etiraz olaraq nümayiş başlayıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir.

Etirazçıların yürüşü marşrutun başlanğıc nöqtəsindən Port-de-Şaranton istiqamətində hərəkətə başlayıb. İştirakçılar üzərində “12 milyard avro yeni təyyarədaşıyan gəmi üçün deyil, təhsil üçün”, “Pul liseylərə ayrılmalıdır, müharibələrə və milyarderlərə deyil”, “Tələbə etirazı yaşasın” şüarları yazılmış plakatlar daşıyırlar.

Həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, eləcə də “sarı jiletlilər” hərəkatının tərəfdarları da etiraz aksiyasına qoşulublar.

Paris Polis Prefekturası təşkilatçılara Bastiliya meydanından Millət meydanına qədər ilkin elan edilmiş marşrut üzrə yürüş keçirməyi qadağan edib. Fransanın ali inzibati məhkəmə instansiyası olan Dövlət Şurası bu qərarın qanuniliyini təsdiqləyib. Nəticədə hakimiyyət nümayişin yalnız paytaxtın şərq kənarında keçirilməsinə icazə verib.

Etirazlar fonunda Fransa hakimiyyəti yenidən gücləndirilmiş təhlükəsizlik tədbirlərini işə salıb. İctimai asayişin təmin edilməsi üçün ölkə üzrə təxminən 70 min polis və jandarm səfərbər olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər