Əjdər Bağırov U-23 Avropa çempionu oldu
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan təmsilçisi Əjdər Bağırov qızıl medal qazanıb.
TodayPress TV xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub.
Bağırov həlledici qarşılaşmaya qədər ukraynalı İvan Kutenkov, xorvatiyalı Borna Butiyer və avstriyalı Ronald Pröl üzərində qələbələr qazanıb.
Xatırladaq ki, yarışın ilk günündə İslam Rəhimov (66 kq) da qızıl medal əldə edərək ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub.