Ermənistan-Türkiyə sərhədində hərəkətlilik: Nazir baxış keçirdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən və istifadəyə tam hazır vəziyyətə gətirilən “Marqara” keçid məntəqəsinə baxış keçirib.
TodayPress TV xəbər verir ki, səfər zamanı Mirzoyanı xaricdə akkreditə olunmuş Ermənistan diplomatik nümayəndəliklərinin rəhbərləri də müşayiət edib.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan görülən təmir və avadanlıqla bağlı işlərin nəticələri barədə məlumat verib. O bildirib ki, “Marqara” keçid məntəqəsi tam şəkildə istismara hazırdır.
Kübra Musayeva