Ermənistan Rusiyanı şikayət etdi

Ermənistan Rusiyanı şikayət etdi
08.09.2026 17:54 Dünya

Ermənistan Rusiyanın ölkə mallarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Birliyinə (AİB) müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin AİB çərçivəsində mövcud mexanizmlər vasitəsilə aradan qaldırılmasına ümid edir.

Qasparyan qeyd edib ki, məhdudiyyətlər AİB-nin müqavilə və prinsiplərinə ziddir. O bildirib ki, Ermənistan maneələrin aradan qaldırılması üçün təşkilatın mövcud mexanizmlərindən istifadə etməyə çalışır.

Məlumata görə, Rusiya 2026-cı ilin mayından etibarən Ermənistanın bəzi məhsullarının ölkəyə tədarükünü “Rosselxoznadzor” vasitəsilə mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər