Erməni ordusu bu “sovet ənənəsi”ndən imtina edir

Erməni ordusu bu “sovet ənənəsi”ndən imtina edir
09.09.2026 12:31 Dünya

Ermənistan ordusunda hərbi salamlaşma qaydaları dəyişdirilə bilər.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hərbçilərə baş geyimi olmadan hərbi salam vermək tapşırıla bilər. Hazırda hərbi salam baş geyiminə əl aparmaqla verilir. Bu qayda sovet və Rusiya ordularının ənənəsinə uyğundur. Yeni qaydanın NATO ölkələrinin ordularındakı praktikaya uyğun olacağı bildirilir.

Ermənistan Müdafiə Nazirliyi isə belə bir qərarın qəbul edilmədiyini bildirib. Bununla yanaşı, məsələ ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər