Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı - VİDEO
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan şəxs on ildir, Qırmızı Bülletenlə axtarışda olan FETÖ üzvüdür.
Rəcəb Tayyib Ərdoğan
Türkiyədə dövlət çevirilişinə cəhd
sui-qəsd cəhdi
Muğla vilayəti
Marmaris rayonu
Todaypress.tv